İngiltərə Premyer Liqasının 30-cu turuna “Mançester Siti” – “Börnli” oyunu ilə yekun vurulub

İngiltərə Premyer Liqasının 30-cu turuna “Mançester Siti” – “Börnli” oyunu ilə yekun vurulub

23.06.2020 Off By admin

İyunun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turuna “Mançester Siti” – “Börnli” oyunu ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Ettihad” stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab birinci hissənin ortalarında açılıb. Oyunun 22-ci dəqiqəsində Filip Foden qələbənin əsasını qoyub. Qarşılaşmanın 43-cü dəqiqəsində Riyad Mahrez “şəhərlilər”in hesabdakı üstünlüyünü artırıb – 2:0. Birinci hissəyə əlavə olunan vaxtda R.Mahrez 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək dubl edib.

Görüşdə ikinci hissənin əvvəllərində – 51-ci dəqiqədə David Silva komandasının dördüncü qolunu vurub. Matçın 63-cü dəqiqəsində Qabriel Jezus oyunda son nöqtəni qoyub – 5:0.

“Mançester Siti” bu qələbədən sonra 63 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Aktivində 39 xal olan “Börnli” 11-ci pillədədir.

Share