Gürcüstan bu il Azərbaycandan 5,2 mln. dollarlıq dəmir və polad çubuqları idxal edib

Gürcüstan bu il Azərbaycandan 5,2 mln. dollarlıq dəmir və polad çubuqları idxal edib

25.06.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan dəmir və polad çubuqların idxalını illik müqayisədə 1 259,9 ton və ya 12,1% artıraraq 11 676 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə idxal edilən məhsulun dəyəri illik ifadədə 368,3 min ABŞ dolları və ya 7,5% artaraq 5 251,7 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 4 882,9 min dollar dəyərində 10 416,1 ton  dəmir və polad çubuqlar idxal edib.

Share