Rusiyada Federal Xidmətin 2 132 əməkdaşı və 766 dustaq koronavirusa yoluxub
25.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rusiya Cəzaların İcrası Federal Xidmətinin 2 132 əməkdaşı və 766 dustaq yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin direktorunun müavini Aleksandr Xabarov bildirib.
O qeyd edib ki, virusa yoluxan əməkdaşlardan 1037 nəfər sağalıb.
“Virusa yoluxan dustaqlardan isə 292 nəfər sağalıb”, – deyə A. Xabarov vurğulayıb.











