Meşələrdən səmərəsiz istifadə bəzi bitkilərin arealını qısaldıb
25.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Bitkilərin dəqiq koordinatların təyini üçün CPS-dən istifadə etməklə Azərbaycanın təbii və mədəni dendroflorasının hərtərəfli monitorinqi aparılıb”.
APA xəbər verir ki, bunu AMEA-nın Dendrologiya İnstitutunun Herbari və toxumçuluq laboratoriyanın müdiri Minarə Həsənova deyib.
O bildirib ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadə nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər isə öz areallarını tamamilə dəyişib: “Çoxillik tədqiqatların nəticəsi göstərib ki, qlobal iqlim dəyişkənliyi biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə, nəticədə meşə sahələrinin və meşə ehtiyatlarının azalmasına səbəb olub. İqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və iqlim dəyişkənliyinin yaratdığı CO₂ qazının artması Böyük və Kiçik Qafqaz meşələrində ağacların böyümə dinamikasına, yanğınlara, həşərat hücumlarına və daşqınlara səbəb olan təsir mexanizmi öyrənilir. Talış bölgəsinin, Naxçıvanın sərhədyanı ərazilərinin dendroflorası təbii və mədəni şəraitdə yayılmış növlərin sistematik tərkibi, botaniki-coğrafi vəziyyəti, nadir növlərin mühafizəsi elmi əsaslarla araşdırılır”.
O qeyd edib ki, Dendrologiya İnstitutunun fondunda 10 mindən çox herbari saxlanılır.











