Gürcüstan müntəzəm uçuşların bərpasını təxirə salacaq
25.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstan müntəzəm uçuşların bərpa edilməsini iyulun sonunadək təxirə salacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.
O qeyd edib ki, müvafiq qərar dünyada epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək.
Xatırladaq ki, Gürcüstan iyulun 1-də xarici turizmi bərpa etməyi planlaşdırır.











