Qətərdə akkreditə olunmuş Asiya ölkələrinin səfirləri ilə videobağlantı formatında görüş keçirilib

Qətərdə akkreditə olunmuş Asiya ölkələrinin səfirləri ilə videobağlantı formatında görüş keçirilib

25.06.2020 Off By admin

Bakı, 25 iyun, AZƏRTAC

Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bu ölkədə akkreditə olunmuş Asiya ölkələrinin səfirlərinin Qətər Xarici İşlər nazirinin köməkçisi, XİN-in sözçüsü, həmçinin Qətərin Böhranların İdarə Edilməsi üzrə Ali Komitəsinin sözçüsü xanım Lulva Xatir ilə videobağlantı formatında görüşü təşkil olunub.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da görüşdə iştirak edib və çıxış edib.

Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qətərdə COVID-19 pandemiyası ilə mübarizə istiqamətində atılan addımlar barədə danışılıb, səfirlərin sualları cavablandırılıb.

AZERTAG.AZ :Qətərdə akkreditə olunmuş Asiya ölkələrinin səfirləri ilə videobağlantı formatında görüş keçirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share