Buğda idxalı azalıb – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
25.06.2020Bakı, 25 iyun, AZƏRTAC
Bu ilin 5 ayında ölkəyə 341,8 min ton buğda idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 74,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin yanvar-may aylarında ölkəyə 124,4 milyon dollarlıq 551,4 min ton buğda idxal edilib.
AZERTAG.AZ :Buğda idxalı azalıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin












