Dörd ildən sonra “Arsenal”da bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub

Dörd ildən sonra “Arsenal”da bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub

26.06.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İngiltərə Premyer Liqasının XXXI turunda “Sauthempton”la səfər oyunu “Arsenal” üçün əlamətdar alınıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən yaranmış fasilədən sonra ilk qələbəsini qazanan “topçular”da (2:0) hər iki qola yerli futbolçular imza atıb.

Əvvəlcə 20-ci dəqiqədə Eduard Nketia hesabı açıb, 87-ci dəqiqədə isə Jozef Uillok qarşılaşmada son nöqtəni qoyub. Bununla “Arsenal”da 4 ildən sonra ilk dəfə bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub. Axırıncı dəfə 2016-cı ilin avqustunda “Liverpul”la (3:4) matçda “kanonirlər”in heyətində Teo Uolkott, Aleks Oksleyd-Çemberleyn və Kalum Çembers fərqlənib.

London klubunun hücumçusu Pyerr-Emerik Obameyanq isə komandanın heyətində 100-cü oyununu keçirib.

Qeyd edək ki, “Arsenal” hazırda 43 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Share