Mingəçevirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var
26.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Samux küçəsində baş verib.
“VAZ 21099” markalı avtomaşının işıq dirəyinə çırpılması nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəhər sakini Həsənov Azər Qədir oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











