“Chessable Masters”: Maqnus Karlsen və Yan Nepomnyaşi ilk 3 partiyanı qələbə ilə başa vurublar

“Chessable Masters”: Maqnus Karlsen və Yan Nepomnyaşi ilk 3 partiyanı qələbə ilə başa vurublar

26.06.2020 Off By admin

İyunun 25-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında dörddəbir final oyunlarının ilk partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, yarışda ilk 3 partiyada rusiyalı şahmatçı Yan Nepomnyaşi həmyerlisi Vladislav Artemyev, M.Karlsen isə amerikalı Fabiano Karuana üzərində 2,5:0,5 hesabla qələbə qazanıblar.

Dörddəbir finalın digər iştirakçıları çinli Liren Dinq ABŞ-ın daha bir təmsilçisi Hikaru Nakamura, rusiyalı zəka ustası Aleksandr Qrişuk isə hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq.

Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.

Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.

Share