“Fənərbağça”nın büdcəsi azaldılıb
25.06.2020Növbəti mövsüm “Fənərbağça”nın basketbol şöbəsinin büdcəsi 20 milyon avro olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Elə baş məşqçi Jelko Obradoviç də məhz maliyyə ixtisarını nəzərə alaraq klubla müqaviləni yeniləməyib.
Ötən mövsüm “Fənərbağça” təkcə oyunçularına 22 milyon avro məvacib ödəyib. Son illər 35 milyon avro büdcə ilə mübarizə aparan İstanbul klubu növbəti mövsüm məvaciblərə 13 milyon avro ayırmaq fikrindədir.
Kostas Slukas, Luici Datome, Derrik Vilyams və Nikola Kaliniçin “Fənərbağça”dan gedəcəyi gözlənilir. Hətta Yan Veselı ilə Nando De Kolonun da taleyi sual altındadır.











