178 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
26.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 26-na olan statistik göstəriciləri açıqlayıb.
məlumata əsasən bu gün ölkədə 6818 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 178 nəfər reanimasiyada, 31 nəfər isə süni tənəffüs cihazındadır.
Qeyd olunub ki, bu gün 6980 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 456 215 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 517 nəfər koronavirusa yoluxub, 305 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.











