“Qarabağ”ın ispaniyalı futbolçusu: “Diqqətli müdafiə olunmalı və şanslarımızı gözləməliyik”

28.11.2019 Off By admin

“Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik”. 

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun futbolçusu Xayme Romero deyib.

İspaniyalı legioner Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” ilə oyununa həsr olunan mətbuat konfransında iştirak edib. X.Romero matç barədə fikirlərini açıqlayıb: “Aydın məsələdir ki, bizi çətin mübarizə gözləyir. Amma istənilən halda növbəti mərhələyə vəsiqə qazanmaq üçün bizə xal lazımdır. Daha çox diqqətli müdafiə olunmalı və şanslarımızı gözləməliyik. Sonda görək bizi nə gözləyir, başımıza nə gəlir”.

 

Qeyd edək ki, sabah “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 

Share