Səttar Mehbalıyevin diplomat kürəkəni milyonları götürərək ABŞ-a qaçdı

Səttar Mehbalıyevin diplomat kürəkəni milyonları götürərək ABŞ-a qaçdı

13.07.2020 Off By Füzuli İsmayılov

XİN Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı konsulluğumuzda vəzifə daşıyan Rəşad Eyvazov İstanbuldan ABŞ-a qaçıb. Bu barədə KONKRET.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq İstanbuldan ABŞ-a sevgilisi ilə qaçıb.

Özü ilə Mehbalıyevlər ailəsinə aid 3 mln ABŞ dolları da götürüb. Mehbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon $ qiymətləndirilir.

Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki biznesləri S.M.-in həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR Türkiyənin əməkdaşıdır.

Qeyd edək ki, Səttar Mehbalıyev Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

Share