GUAM Katibliyi Ermənistanın təxribatını qınayıb
13.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb.
APA-nın xəbərinə görə, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.
Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur.
“GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, – deyə qeyd olunub.











