Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçib

19.07.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiyada son sutka ərzində daha 6109 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 771 546 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 342 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 550 344 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Share