"Niyə hamınız düşmüsünüz üstümə?" – Nazilə Səfərli
19.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
bu sözləri şairə Nazilə Səfərli deyib. Sənətçi şəhid general Polad Həşimovun anası ilə foto paylaşmasını, onlara hədiyyə kondisioner göndərməsini tənqid edənlərə münasibət bildirib:
“Bəziləri İstanbulda, Antalyada oturub, gəzib, bura göstəriş verir ki, filankəsi vurun. Həyat bir gözqırpımındadır. Adam bilmir öz, yoxsa dostunun canına ağlasın. Bir ölkənin şəhidi varsa, Vətəndir. Kim kiməsə yardım edərsə, “sağ ol” deyərlər.
Deyirlər, yardım edənsiz get filankəsə et. Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Apardılar əllərində nə var idisə imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin. O, şəhid anasının ayaqlarından öpüm.
Mərdi niyə qova-qova namərd edirsiz? Deyirsən, vermisiz danışmayın. Vermədim axı. Karantin ərəfəsində üç aylıq maaşımı bağışladım, amma yaydım? Mən düşmən balasıyam? Mən atdım gülləni? Günahdırsa, bağışlayın. Gərək heç kimə yardım etməyim”.











