Lerikdə taxıl zəmilərində yanğın başlayıb
21.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
Lerik rayonunun yüksək dağlıq ərazisində yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi ilkin məlumata görə, rayonun Qələbin kəndində meşəyə yaxın ərazidə biçilmiş taxıl zəmilərində yanğın müşahidə edilməkdədir.
Hazırda kənd camaatı yanğını söndürmək üçün səfərbər olunur, eləcə də əlaqədar qurumlara məlumat verilib. Yanğının əhatə etdiyi ərazi və meşəliyə keçməsi hələlik dəqiq bilinmir.











