Ermənistanda SES partladı
21.07.2020Ermənitanın Sevan-Hrazdan Su Elektrik Stansiyasında (SES) yanğın olub.
“Hakimiyyet.com” xəbər verir ki, Argeldə yerləşən SES binasının qarşısında yerləşən “T-4” hidrotexniki qurğunun 2 güc transformatorunda partlayış səbəbindən yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Transformatorların hər birində 8 ton yağ olub.
Yanğınsöndürənlər yanğının digər 10 transformatora yayılmasının qarşısını alıb.
0










