“Ordumuz son sutkada itki verməyib” –  MN

“Ordumuz son sutkada itki verməyib” – MN

22.07.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Erməni tərəfinin cəbhədəki hücumla bağlı bəyanatı uydurma və dezinformasiyadır. Həmin istiqamətdə bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik qorunub saxlanılır, bizim heç bir itkimiz yoxdur”.

Axşam.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.

“Ancaq sərhədin o tərəfində erməni hərbi qulluqçuları arasında təşviş müşahidə olunur. Daha əvvəl biz Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidirdik. Göründüyü kimi, erməni hərbi qulluqçuları arasında növbəti atışma oldu.

Yenə demək istəyirəm ki, bizim tərəfimizdən heç bir yeni hücum və itki yoxdur və olmayıb. Erməni tərəfinin məlumatı növbəti dezinformasiyadır”.

Share