Şəkidə sərt karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb

Şəkidə sərt karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb

23.07.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. 

Xüsusi karantin qaydalarını pozan icarədar  və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər. Çayxananı işlədən V.Bəkirova  xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

Share