Bakıda mənzildən silah oğurlanıb
23.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda mənzildən ov silahları oğurlanıb.
APA-nın məlumatına görə, Bakıxanov küçəsində mənzillərin birindən 3500 manat dəyərində ov silahları, 3000 ABŞ dolları dəyərində saatlar, çantalar və ayaqqabı oğurlanıb.
Nəsimi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Əli Allahverdiyev və 1991-ci il təvəllüdlü Etibar Cabbarov tutulublar.











