Şəkidə gizli fəaliyyət göstərən çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub

Şəkidə gizli fəaliyyət göstərən çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub

23.07.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya şimal-qərb bürosuna verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub. 

 

Mərkəzinin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb. 

***

saat 09:11

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. 

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər. Çayxananı işlədən V.Bəkirova  xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

Share