David de Xea Peter Şmeyxelin rekordunu qırıb

David de Xea Peter Şmeyxelin rekordunu qırıb

27.07.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David de Xea komandasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı Premyer Liqada 113-cü quru oyununu keçirib.

Bu, XXXVIII turun “Lester”lə görüşündə (2:0) rəsmiləşib. 29 yaşlı qolkiper klub tarixinə Premyer Liqada ən çox quru matç keçirən futbolçu kimi düşüb. De Xea danimarkalı Peter Şmeyxeli (112) arxada qoyub.

Qeyd edək ki, David “Mançester Yunayted”ə 2011-ci ildə “Atletiko”dan keçib. O, 313 matçda 314 top buraxıb.

Share