Dəfndən qayıdan maşın uçurumdan aşdı: Üç qardaş öldü
27.07.2020Türkiyədə dəhşətli qəza üç qardaşın ölümü ilə nəticələnib. Hadisə Türkiyənin Elazığ bölgəsində baş verib.
Belə ki, qardaşların ailəsi onlardan uzun müddət xəbər ala bilmədikləri üçün polisə müraciət edib.
Araşdırmalar nəticəsində onların maşınının uçurumdan aşdığı və üçünün də hadisə yerində həyatlarını itirdiyi məlum olub.
Yaxınları qeyd edib ki, dəhşətli hadisə qardaşlar dəfn mərasimindən qayıdan zaman baş verib.
“Hakimiyyet.com”











