Bakıda ən çox yoluxma bu rayondadır
30.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Axşam.az “koronavirus.info”ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.











