Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
06.08.2020Möhtərəm cənab Prezident.
Son vaxtlar bütün dünyanı narahat edən koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Bu pandemiyanın ölkəmizə vurduğu zərərlər böyükdür. Gözəgörünməz düşmənlə mübarizə apardığımız bir vaxtda Sizin bölgələrə səfərləriniz, yerlərdə sosial layihələrin, abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı verdiyiniz sərəncamlar bizi çox sevindirir.
İyulun 30-da Qaraməryəm-İsmayıllı-Şəki-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı verdiyiniz Sərəncam bizim kəndimizi də əhatə edəcək. Bu Sərəncamınıza görə Aşağı Daşağıl kəndinin sakinləri adından, şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildiririk. Atdığınız hər bir addımınızı dəstəkləyirik, cənab Prezident! Tanrı Sizi qorusun.
Hörmətlə,
Cəfərov Vəzir Cabbar oğlu.
Azərbaycan Respublikası, Şəki rayonu, Aşağı Daşağıl kəndi.











