TALIŞLARIN ƏCDADI KİMDİR?

TALIŞLARIN ƏCDADI KİMDİR?

06.08.2020 Off By Füzuli İsmayılov

Məşhur tədqiqatçılar bu sahədə hansı qənaətə gəliblər?

Talışların ulu əcdadları Kadusilər hesab edilir. Bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır.

Rövşən Qasımov, hüquqşünas


Strabon, Herodot, Plutarx, Dionis (eramızın II əsr tarixçisi) kimi tarixçilərin qeydlərində Kadusilərin adlarına rast gəlmək mümkündür. Bu və digər müəlliflərin sitatlardan nəticəyə gəlmək olurki, Kadusiya şərq və cənub-şərqdən Xəzər dənizinə və Amardların diyarına, cənub və qərbdən Midiya Atropatenasına və şimaldan Arran və Albaniya torpaqlarına qovuşurdu.
2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı etnik qrupdur. Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə iki dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir. Məktəblərdə ümumən 29 120 şagird təhsil alır.
Talışlar Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, və qismən Masallı, Lerik rayonlarında, eləcə də İranın şimalında Gilan ostanında əsasən Talış şəhristanında, Rizvanşəhr şəhristanında , Masal şəhristanında, az sayda Astara şəhristanında, Fumən şəhristanında və Ərdəbil ostanının Nəmin şəhristanının Ambaran bəxşində yaşayırlar.
Talışlar talış dilində danışırlar.[35] Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Slavyan (rus, belorus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur.
Talışlarla çox yaxın dildə danışan və etnik olaraq müəyyən mütəxəssislər tərəfindən gah talışlara, gah da tatlara aid edilən kiçik etnik qruplar:
Qozarxani – Qəzvin ostanında Qəzvin şəhərinin şimal-qərbində Qozarxan bölgəsində, Tehran ostanının Şimiranat şəhristanının Təcriş şəhərində məskunlaşıblar
İştehardi – Tehran ostanının Kərəc şəhristanının İştehard bəxşində məskunlaşıblar.
Alviri və Vidari – Mərkəzi ostanın Savə şəhristanında Savə şəhəri yaxınlığında Alvir və Vidar kəndlərində yaşayırlar .[39]
Xuruş Rüstəmi – Ərdəbil ostanının Xalxal şəhristanının Xuruş Rüstəm bəxşində bəzi kəndlərdə məskunlaşıblar .[40]
Razacerdi – Qəzvin ostanında Razacerd kəndində məskunlaşıblar .
Rudbari – Gilan ostanının Rudbar şəhristanında bir neçə kənddə məskunlaşıblar .
Şahrudi – Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşinin Kulur , Şal və Lard kəndlərində yaşayırlar .
Tarımi – Zəncan ostanının Tarım şəhristanının Hazarrud və Siavarud kəndlərində yaşayırlar .
Takistani – Ərdəbil ostanının Xalxal şəhristanında , Zəncan ostanının Tarım şəhristanında , Qəzvin ostanının Takistan şəhristanında (Xaraqan və Ramand kəndlərində) , Mərkəzi ostanın Savə şəhristanında bəzi kəndlərdə məskunlaşıblar .
Kerengani – Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Dizmar bəxşinin Kerengan kəndində və Hasanlu bəxşində bir neçə kənddə qarışıq ailələrdə yaşayırlar .
Kacali – Ərdəbil ostanının Xalxal şəhristanın Kağız Künan bəxşinin Kacal kəndində yaşayırlar .
Elmi ədəbiyyatda bu suala indiyədək çoxlu və bir o qədər də müxtəlif cavablar verilmişdir.
Rus tədqiqatçılarından V.S. Leqkobıtov (1806-1860) talışları farsların bir hissəsi hesab etmişdir.
İ.İ. Şopen 1840-cı ildə çap etdirdiyi rəyində göstərmişdir ki, V.S. Leqkobıtovun talışları farsların bir hissəsi hesab etməsi elmi cəhətdən səhvdir. (Bax: Qəmərşah Cavadov. Talışlar. B., 2004, S.36)
Azərbaycan tarixçilərindən Aydın Balayevin də fikirincə, talışların əcdadı farslardır. (Bax: 1985-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar .B. 1986, S.115).
Məşhur rus şərqşünası professor İ. Berezin Q. Klarpotun talışların əcdadının midiyalılar olması haqqındkı mülahizəsinə qarşı çıxmış, bu mülahizəni təsdiq edəcək qədər faktın olmadığını bildirmişdir. (Q.Cavadov. Talışlar… S.38).
Rus tədqiqatçlarından D.A. Kistenyev talışları ərazinin aborigen əhalisi saymış, onları bir-birindən müəyyən qədər fərqlənən – talışlara, pornaimlərə, alarlara, orandlılara və zuvandlılara bölmüşdür. D. Kistenyev göstərirdi ki, talışlar meşəlik ərazilərdə, zuvandlılar Zuvand dağlarının cənub-qərbində, pornaimlər Viləş və Şaqratük çaylarının arasında yaşayırlar. Orandlılar və alarlar köçəri tayfalar olub, yayda öz yaylaqlarında, qışda orandlılar meşələrdə, alarlar isə indiki Cəlilabad rayonundakı Qarayar çayı boyundakı qışlaqlarda yaşayıblar. (Bax: Q. Cavadov. Talışların… S. 42-43).
Talışların mənşəyi ilə bağlı professor B.V. Miller də maraqlı mülahizələr irəli sürmüşdür . B.V Millerin mülahizələrindən birinə görə, sünni talışlar dilini itirib talışlaşmış türklərdir. Onlar Orta Asiyadan gətirdikləri sünnilik məzhəbi ilə bərabər, kiçik fonetik dil xüsusiyyətlərini də qoruyub saxlamışlar. Talışların fiziki tipinin müxtəlifliyi – düzən və meşəlik yerlərdə yaşayanların qarabuğdayı olması, dağlıq və meşəsiz ərazilərdə isə bir qədər ağbənizliyi ola bilsin ki, türklərin talışlaşmasının və onlarla qaynayıb – qarışmasının nəticəsidir. Bu mülahizələrin düzgün olub-olmadığını müəyyənləşdirmək talışların hərtərəfli öyrənilməsi nəticəsində mümkün olacaqdır. (Bax: Q.Сavadov. Talışlar… S. 29-30).
XIX əsrdə yaşamış bəzi rus almiləri talışların əcdadının türkdilli olması və onların sonralar irandilli tayfalar tərəfindən assimilyasiya edilməsi mülahizəsini irəli sürmüş, lakin bu mülahizəni təsdiq edəcək əsaslı dəlillər göstərə bilməmişlər.
Talışların əcdadının Qafqaz mənşəli olması mülahizəsini isə ilk dəfə akademik N.Y. Marr irəli sürmüş, tədqiqata çoxlu linqvistik material cəlb etsə də, öz məqsədinə nail ola bilməmişdir. (Bax: 1985-ci ildə Azərbaycanda… S.115).
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov göstərir ki, talışların əcdadı Kadusi , Gel və Hirkan tayfalarıdır. Lənkəran rayonundakı Hirkan qoruğu və Hirkan meşəsi hirkanların yaşadığı yerlərdir.(Ə.Rəcəbov. Talışlar. “Tolışi sədo” qəzeti, 7. III, 1992).
Filologiya elmləri doktoru Məsud Məmmədovun da fikirincə, talışların əcdadı kadusilərdir. Lakin Astara rayonunun Uti, Miki və Ambaran kəndlərinin əhalisi Uti, Miki və Apir (Aparn) tayfalarının nəsilləridir və antropoloji quruluşlarına görə, Talış zonası əhalisinin qalan hissəsindən fərqlənirlər. Sakaşon kəndinin adı isə Sak tayfası ilə bağlıdır. (Bax: Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər ser., 1974,№ 6 , S.105-108).
İran alimlərindən Məhəmməd Həsənxanın, Əhməd Kəsrəvinin, Əli Əbdolinin , Azərbaycan tarixçilərindən Qiyasəddin Qeybullayevin, Abdulla Fazilinin və Seyidağa Onullahinin fikrincə, talışların əcdadı Kadusi tayfasıdır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır. İran tarixçisi Həsən Pirniya bu mülahizə ilə bağlı yazmışdır: “Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. Kadus sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur. Hələlik əlimizdə elə bir sənəd yoxdur ki, bu faktı isbat etsin”. (Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970. S.118).
Talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır

Share