Bakıda qadın zorakılığına qarşı mübarizə

Bakıda qadın zorakılığına qarşı mübarizə

09.12.2019 Off By Füzuli İsmayılov

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Fransanın Azərbaycandakı səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə fransız rejissoru Frederique Bedosun qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda “Kişi və qadın” filmi nümayiş etdirilib.

Filmdə dünyanın ictimai-siyasi həyatında qadınların rolundan bəhs olunur.

Filmin nümayişi dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində təşkil olunub.

Müəllif bildirib ki, qadın zorakılığına qarşı mübarizə yalnız dövlətin deyil, həm də cəmiyyətin işidir. Bu, cəmiyyətin əsas problemlərindən biridir və hər kəs buna həssas münasibət göstərməlidir.

Ekran əsərində dünyanın müxtəlif ölkələrinin qadın siyasi ictimai xadimlərinin, alimlərinin müsahibələri yer alıb, qadınların müasir dünyadakı fəallığından danışılıb.

Share