ABŞ-da "Green card"ların verilməsi müvəqqəti dayandırılır

ABŞ-da "Green card"ların verilməsi müvəqqəti dayandırılır

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp ABŞ-da daimi yaşayış hüququ verən “Green card”ların verilməsinin müvəqqəti dayandırılacağını elan etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “The New York Times” nəşri xəbər yayıb.

Bildirilir ki, məhdudiyyətlər əksər “Green card” növlərinə şamil olunacaq. Tədbirin on minlərlə insana təsir edəcəyi qeyd edilir.

Share