ABŞ-da koronavirusa yoluxanların sayı 780 min nəfəri keçib

ABŞ-da koronavirusa yoluxanların sayı 780 min nəfəri keçib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 780 mini keçib, 42 mindən çox amerikalı isə bu virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesabatlar aparan Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 789 383 nəfər təşkil edir, belə ki, son bir gündə 24 747 nəfər virusa yoluxub. Bu virusdan ölənlər isə son sutkada 1728 nəfər artaraq 42 303 nəfərə çatıb.

İndiyədək 71 832 nəfər sağalaraq evinə buraxılıb, hazırda 675 248 virusa yoluxmuş şəxs var ki, onların da 13 634-ü ağır vəziyyətdədir.

Share