Afaq Bəşirqızı İnstaqram profilini sildi –  Foto

Afaq Bəşirqızı İnstaqram profilini sildi – Foto

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xalq artisti Afaq Bəşirqızı son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşmür.

aktrisanın bir neçə gün əvvəl müsahibələrindən birində dediyi “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” sözləri ilə qalmaqala səbəb olmuşdu.

Ötən gün isə onun ARB TV-də efirə gedən “Elgizlə izlə” proqramında işlətdiyi qeyri-etik ifadələr gündəmə gəlib. Hətta MTRŞ bu sözlərə görə telekanalın yayımını 6 saatlıq dayandırıb.

Bu qalmaqallardan sonra isə A.Bəşirqızı İnstaqram səhifəsini bağlayıb. Aktrisa 21 mindən çox izləyicisi olan profilindən bütün paylaşımlarını silib. O, profilin adını dəyişərək “meduzatime” edib. Ötən gündən səhifədə başqa görüntülər paylaşılmağa başlayıb.

Bəşirqızı səhifədə yalnız 2 milyondan çox izlənən müsahibəsini saxlayıb.

Share