Agentliyin təşəbbüsü ilə 100 tənha və xüsusi qayğıya ehtiyacı olan ailəyə sovqat paylanılıb (FOTO)

Agentliyin təşəbbüsü ilə 100 tənha və xüsusi qayğıya ehtiyacı olan ailəyə sovqat paylanılıb (FOTO)

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Dövlət Dəniz Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə 100 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Agentlikdən Trend-ə bildirilib ki, qurumun əməkdaşları vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumat verib.

Sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunub.

Share