Anar Bayramov: İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir

Anar Bayramov: İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bütün dünyada COVID-19 virusunun geniş yayılması əhalinin sağlamlığına zərər vurmaqla yanaşı, dünya iqtisadiyyatında da bir durğunluq yaratdı, iqtisadi fəallığı azaltdı. Azərbaycanda isə dövlətin maliyyə dəstəyi həm maddi, həm də mənəvi cəhətdən öz sahibkarına sahib çıxmasıdır. İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir.

Bunu Trend-ə açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində bu virusun daha da geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət bir sıra qabaqlayıcı tədbirlər həyata keçirdi və bəzi qərarlar verdi:

“Xüsusi rejimli karantin dövrü elan edildi. Bu dövrdə işlərinin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri istisna edilməklə, bir çox iş yerləri bağlandı, vergi ödəyiciləri öz fəaliyyətlərini müvəqqəti saxladı. Bir sıra xərclər var ki, onlar mütləq vergi ödəyicisi tərəfindən ödənilməlidir. Bu isə sahibkar üçün çox ağır bir maddi yükdür. Bu iqtisadi çətinliklər fonunda, çətin bir dövrdə vergi ödəyicilərinə dövlət tərəfindən maliyyə dəstəyinin olması, bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir. Bu, həm maddi, həm də mənəvi cəhətdən dövlətin öz sahibkarına sahib çıxmasıdır”.

Ekspert deyib ki, belə dəstək paketləri vergi ödəyicisinin dövlətə olan inamını daha da artırır və postpandemiya dövründə insanlarda intizamlı vergi ödəyicisi olmaq adına bir mənəvi məsuliyyət yaradır:

Share