API: ABŞ-ın neft ehtiyatları azalmağa davam edir

08.01.2020 Выкл. Автор admin

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (30 dekabr – 5 yanvar) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

«APA-Economics»in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 5,95 mln. barel azalaraq 424 mln. barel təşkil edib.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan «qara qızıl»ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Share