“Apple” şirkətinin baş dizayneri şirkətdən getdi

29.11.2019 Выкл. Автор admin

“Apple” şirkətinin baş dizayneri Conatan Ayv şirkətdən gedib. Bu barədə “The Verge” məlumat yayıb.

Qeyd olunur ki, Ayv şirkətdə 1992-ci ildən çalışırmış. 1996-cı ildən isə o, cihazların xarici görünüşünə cavabdeh olub.

Məlumatlara görə, indi “Apple” şirkətinin məhsullarının dizaynı Ceff Uilyamsa tapşırılıb. O, buna qədər şirkətdə əməliyyat direktoru vəzifəsini icra edirdi.

Share