Aprelin 22-dən Slovakiyada karantin rejimi yumşaldılacaq

Aprelin 22-dən Slovakiyada karantin rejimi yumşaldılacaq

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Slovakiyadakı koronavirusla bağlı tətbiq edilmiş karantin rejimi aprelin 22-dən yumşaldılacaq.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir İqor Matoviç televiziyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı qərarı təsdiqləyib: “Çərşənbə günündən etibarən respublikada ilk karantin güzəştləri ediləcək. Xüsusilə, sahəsi 300 kvadratmetrə qədər olan mağazalar və xidmət müəssisələri açılacaq. Eyni zamanda stadionlarda idman etməyə, müvafiq iaşə xidmətlərindən istifadəyə, yəni bufeti və yeməkxanaları olmayan yataqxanaların, açıq ərazilərdəki fermer bazarlarının, avtomobil salonlarının fəaliyyətinə icazə veriləcək”.

 

Share