Asim Mollazadə: Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Asim Mollazadə: Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda koronavirus pandemiyasının əhaliyə, o cümlədən sahibkarlara mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirləri çox zəruri və təqdirəlayiq addımlar kimi dəyərləndirmək olar. Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu tədbirlər sırasında əhalinin məşğulluğuna və sosial rifahına dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb:

“Bu tədbirlərin həyata keçirilməsi bilavasitə nümayiş etdirir ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Dövlət əhalinin həm sağlamlığının qorunması, həm də sosial müdafiəsi ilə məşğuldur. Pandemiyanın mənfi təsirlərinin azaldılması üçün görülən tədbirlər dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir”.

A.Mollazadə qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib.

Share