AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb

01.12.2019 Выкл. Автор admin

AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının başlama vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrupda keçiriləcək görüşlər Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq.

Gələn il iyunun 12-də start götürəcək yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçların start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.

A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri — Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək.

A qrupu. Bakı
13 iyun

17:00. Uels – İsveçrə

17 iyun
20:00. Türkiyə — Uels

21 iyun
20:00. İsveçrə — Türkiyə

Share