Avropanın nüfuzlu beyin mərkəzi: İtaliya özünün Qərbdə Azərbaycanın əsas tərəf müqabili olduğunu göstərdi

Avropanın nüfuzlu beyin mərkəzi: İtaliya özünün Qərbdə Azərbaycanın əsas tərəf müqabili olduğunu göstərdi

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avropanın nüfuzlu beyin mərkəzlərindən olan Avropa Xarici Əlaqələr Şurasının (ECFR) internet səhifəsində italyan və ingilis dillərində İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda (ISPI) və Venesiya Ka Foskari Universitetində post-sovet məkanı üzrə tədqiqatçı Karlo Frappinin “Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması” adlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 19-22 fevral tarixlərində İtaliya Respublikasına həyata keçirilmiş dövlət səfərinin iki ölkə arasındakı münasibətlərdə keyfiyyət sıçrayışına gətirib çıxarması, İtaliyanın Azərbaycanla münasibətlərə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni baxışları və Qərbdə Azərbaycanın əsas tərəfdaşına çevrilməsi kimi məqamlar təhlil olunur.

Məqalənin Azərbaycan dilinə tərcüməsi təqdim olunur:

“Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması.

İtaliya və Azərbaycan arasındakı cari razılaşmalar iqtisadi cəhətdən mühüm olsa da, onların siyasi ölçüsü, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha da əhəmiyyətlidir.

Share