Avtoxuliqan saxlanılaraq 15 sutka həbs edilib

Avtoxuliqan saxlanılaraq 15 sutka həbs edilib

23.11.2021 Off By Füzuli İsmayılov

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, müvəqqəti olaraq Salyan rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan sürücü həbs edilib (FOTO/VİDEO) - Gallery Image

 

 

Share
AzerbaijaniTurkishRussianUkrainianEnglishGermanFrenchArabicGeorgianPersianChinese (Simplified)