Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə "Qan ver yaşat" adlı aksiya keçirilib

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə "Qan ver yaşat" adlı aksiya keçirilib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq ölkə ərazisində təşkil olunan qanvermə aksiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və “Qarapapaq Fight Club & Promotion”un birgə təşkilatçılığı ilə “Qan ver yaşat” adlı yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Mərkəzi Qan Bankına gələn qırxa yaxın idmançı ehtiyacı olan xəstələr üçün qan verib.

Qeyd edək ki, bu, artıq adıçəkilən ictimai birliyin təşkilatçılığı ilə hər il keçirilən və ənənə halını almış bir aksiyadır. Bu il isə aksiyanı keçirməkdə məqsəd pandemiya dövründə qana ehtiyacı olanlara dəstək olmaqdır.

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov bu aksiya ilə qana ehtiyacı olanlara müəyyən qədər yardım etməyə çalışdıqlarını bildirib. O deyib: “Hazırda bütün dünya pandemiya ilə mübarizə aparır. Ölkəmizdə də karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq insanlara evdə qalmaq və çölə çıxmamaq məsləhət görülür. Biz də məhz belə çətin bir dönəmdə qana ehtiyacı olan xəstələrə müəyyən qədər yardım etməyə çalışdıq. Hər bir Azərbaycan vətəndaşı həmvətənlərinin bu çətin günündə onlar üçün əlindən gələni etməlidir”.

Qeyd edək ki, aksiyada Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin üzvləri ilə yanaşı, onların yaxınları da iştirak ediblər.

Share