Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın həcmi artıb

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın həcmi artıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 milyard 929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2021,0 milyon manatı və ya 69,0 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilən vəsaitlərin 1684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil edib.

Share