Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirusla əlaqədar ölkədə tətbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının yaradılması üçün müsabiqə keçirilir.

AZƏRTAC xəbər verir ki, rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq lazımdır. Hazırlanmış işləri [email protected] elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “Talisman” yazaraq göndərə bilərsiniz.

Müsabiqə mayın 1-dək davam edəcək.

Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək.

Share