Azərbaycan millisinin sabiq baş məşqçisi 5 il müddətinə həbs olunub
03.12.2019Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin məhkəməsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, pedofillikdə günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.
Zayzenbaher ölkəsində keçirilən məhkəmədə şahidlərin çıxışlarından sonra günahkar olduğu sübuta yetirilib. Lakin mütəxəssis bu qərardan apelliyasiya verə bilər.