Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi pandemiya ilə bağlı bir sıra işlər görüb

Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi pandemiya ilə bağlı bir sıra işlər görüb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi tədbirlər həyata keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri tərəfindən şəhər və rayon komitələrinə aztəminatlı ailələrin müəyyənləşdirilməsi məqsədilə tapşırıqlar verilib, imkansız və aztəminatlı ailələrə 3150 manat məbləğində maddi dəstək göstərilib, 400 ədəd qoruyucu vasitə alınaraq ilk təşkilatlara paylanıb.

Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat məbləğində vəsait köçürülüb.

Həmçinin pandemiya dövründə heç bir təşkilatdan işçi azad edilməyib.

Share