Azərbaycan və Türkmənistanda bir-biri ilə əlaqəli işləyən seysmookustik stansiyalar tikiləcək

Azərbaycan və Türkmənistanda bir-biri ilə əlaqəli işləyən seysmookustik stansiyalar tikiləcək

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan və Türkmənistanda bir-biri ilə əlaqəli işləyən seysmookustik stansiyalar tikiləcək.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bildirib ki, bu sənəd əsasında “Zəlzələnin başlanmasının seysmookustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi” adlı layihənin yerinə yetirilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmookustik stansiya tikilməlidir.

T.Əliyev qeyd edib ki, onlar bir-biri ilə radiokanal, peyk vasitəsi ilə əlaqələndirilməlidir. Bundan başqa, hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi və qərar qəbuletmə sistemi olmalıdır.

Share