Azərbaycanda 12 min ailə üçün mikro-təsərrüfatın yaradılması nəzərdə tutulub

Azərbaycanda 12 min ailə üçün mikro-təsərrüfatın yaradılması nəzərdə tutulub

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycanda işsiz və qeyri-formal məşğul insanlar, xüsusi karantin rejimində iş yerini itirmiş insanlar ilə bağlı bir sıra digər proqramlar da var – elan edilən haqqı ödənilən ictimai iş yerləri proqramı. Bu proqramın əhəmiyyətli dərəcə artırılmasını tapşırmışdınız və əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.

Onun sözlərinə görə, bu proqramın da icrasına artıq başlanıbdır: “Bu günədək 5 min işsiz şəxs artıq bu işlərə cəlb edilibdir, onlarla əmək müqavilələri yekun imzalanma mərhələsindədir. Biz bunu da 10 gün ərzində tam şəkildə icra etməyə çalışacağıq.

“Digər bir proqram özünüməşğulluq proqramıdır. Bu proqrama həm Dünya Bankı cəlb edilib, həm də Azərbaycan bankları artıq fəal şəkildə qoşulub. Bu il biz 12 min ailə üçün mikro-təsərrüfatın yaradılmasını planlaşdırırıq”.

Share