Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

18.04.2020 Off By admin

Yanvar-mart aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, üç ayda ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 63,8 milyon ABŞ dolları, Meksika ilə 16 milyon 796 min dollar, Ekvadorla isə 12,5 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi azalıb, Meksika və Ekvador ilə isə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. İspaniyadan idxalın dəyəri 16 milyon 757 min dollar, Meksikadan 16 milyon 617 min dollar, Ekvadordan isə 12 milyon 502 min dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.

Üç ayda ispandilli ölkələrdən ən çox İspaniya, Kolumbiya və Meksikaya məhsul ixrac edilib. İspaniyaya ixracın dəyəri 47,1 milyon dollar, Kolumbiya və Meksikaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb.

Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr isə Venesuela, Nikaraqua və Salvadordur.

 

Share