Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 287 926,2 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxalıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk üç ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 6 066,1 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 764,7 min dollar və ya 14,4% çoxdur.

İdxalın həcmi isə 281 860 min dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 167 432,2 min dollar və ya 2,5 dəfə artıb.

Nəticədə, hesabat dövründə 275 793,9 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 166 667,4 min dollar və ya 2,5 dəfə çoxdur.

Share